Murad Arifdən Rusiyadakı azərbaycanlı müğənnilərə DƏSTƏK
07 dekabr 2022 13:02 (UTC +04:00)

Murad Arifdən Rusiyadakı azərbaycanlı müğənnilərə DƏSTƏK

Bəstəkar-müğənni Murad Arif Rusiyada yaşayan müğənnilər Hammali (Sadiq Əliyev) və Nəvai (Nəvai Bəkirov) barədə paylaşım edib.

Lent.az xəbər verir ki, Murad onların "Apple Music"də bütün dövrlərə uyğun olaraq 550 milyon dinlənmə sayını əks etdirən foto paylaşıb.

O, müğənnilər barəsində diqqətçəkən fikirlər də yazıb:

"Uşaqlığımızdan bəri televiziyada Rusiya kanalları izlədik. Hər kəsin, bütün qonşu respublikaların ulduzlarının oxuduğu rus musiqilərini dinlədik. Sadəcə Azərbaycanı təmsil edənlər yox idi deyə, əsəbiləşirdik. SSRİ-də bir zamanlar Müslüm Maqomayev, Rəşid Behbudov və Polad Bülbüloğlu dinlənilirdi. Amma nədənsə 1980-1990-cı, 2000-ci illərdə bizim müğənnilər yox idi. Zaman keçdi və hər şey yerinə oturdu. İndi rus dilində danışanların dinlədikləri bizimkilərdir, bizim oğlanlardır (yəni azərbaycanlılardır). Bacardılar bunu. 

Bu gün bu rəqəmləri görənlərin əksəriyyəti ciddi qəbul etməyə bilər. Bizimkilərin nə çətinliklərdən, senzuralardan, maneələrdən keçdiyini yalnız onlar və yaxınları bilir. Onların uğurları hamımızı xoşbəxt edir. Sizinlə fəxr edirəm!".

Qeyd edək ki, müğənni, aparıcı Murad Arif paylaşımına Rusiyada yaşayan Xalq artisti  Emin Ağalarovu, Bahh Tee-ni (Bəxtiyar Əliyev), Rauf və Faiq Mirzəyev qardaşlarını, Jony-ni (Cahid Hüseynli), Jah Khalibi (Bəxtiyar Məmmədov), ELMANı (Elman Zeynalov) və Ellaini (Elvin Əliyev) taq edib. 

# 2622
avatar

Nigar Namiq

Oxşar yazılar