Mətanət İsgəndərlinin keçmiş gəlini Azərbaycandan getdi
13 iyul 2022 15:26 (UTC +04:00)

Mətanət İsgəndərlinin keçmiş gəlini Azərbaycandan getdi

Mətanət İsgəndərlinin keçmiş gəlini Azərbaycandan getdi - AÇIQLAMA

May ayında keçmiş qayınanası Mətanət İsgəndərli ilə barışığa gələn Canana bu dəfə ölkəni tərk etdiyilə bağlı məlumat yayıb. 

Lent.az xəbər verir ki, o, bu barədə "Instagram" hesabında çox sayda paylaşım edib. O, işlətdiyi salonu bağlatdırdığını, salon avadanlıqlarını, şəxsi maşınını və bir çox əşyaları satdığını bildirib. 

Ötən dəfə övladlarını məhkəmənin qərarına baxmayaraq ala bilməyən və keçmiş qayınanası ilə barışdığına dair görüntülər paylaşan Canana nə səbəbdən ölkədən getdiyi barədə Lent.az-a açıqlama verib. O, vurğulayıb ki, səhhətində yaranan ciddi problemlərə görə müalicə almaq üçün ölkə xaricinə gedib:

"Səhhətimdə ciddi problem yaranıb. O səbəbdən müalicə almalıyam, stressdən uzaq olmalıyam. Uşaqlarım nənələri ilə, atalarıyla yaşamağı seçiblər. Bu qədər mübarizəyə baxmayaraq qanun uşaqlarımı mənə verdi, lakin nənələri mənə vermir. Balalarım da onlara vəd edilən rahat, gözəl həyatı seçirlər. Yenə də övladlarımla doyunca bir yerdə ola bilmirdim. Nənələri də deyirdi ki, çöldə görüşün, evə gəlmə. Mən nə vaxta kimi bu həyata göz yummalıyam? Ona görə də çox pis xəstəlik tapdım. Mal-mülk boş şeydir, mən hər şeydən imtina etdim ki, mehriban olaq. Yenə də olmadı...".

Canana Mətanət İsgəndərlinin yeni gəlini haqqında da danışdı: 

"Barışdım, özünüz də gördünüz ki, övladlarıma görə bu addımı atdım, lakin dəyməzmiş. Verilən söz tutulmadı. Təzə gəlin narahat olmasın deyə dedi ki, sən mənimlə mehriban ola bilməzsən. Evimizə söz-söhbət düşür. Mənə bir daha zəng vurma və gəlmə. Çünki yeni gəlini hamilədir. Çoxdan hamilədir. 

Kərimlə barışmamışdım, Mətanət xanımla barışmışdım. Uşaqlarım xoşbəxt olsun deyə. Onsuz da mənə etdiklərinə görə, ömür boyu bağışlamayacam onu. Yenə də güclüyəm. Sağalım, işlərimi daha da gücləndirim, övladlarımı geri alacağam. Dünyaya uşaq gətirməmişəm ki, mən ola-ola uşaqlarım ögey anayla yaşasın". 

"Instagram" hesabında Canananın ölkəni tərk etdiyi barədə məlumatlara izləyicilərdən xeyli reaksiyalar gəlib. 

Qeyd edək ki, Canana və keçmiş həyat yoldaşı Kərim ötən ilin oktyabr ayında qalmaqallı şəkildə boşanmışdılar. 

# 5682
avatar

Nigar Namiq

Oxşar yazılar