Məşhurların yeni gəlir mənbəyi - QİYMƏTLƏR AÇIQLANDI
25 yanvar 2023 10:51 (UTC +04:00)

Məşhurların yeni gəlir mənbəyi - QİYMƏTLƏR AÇIQLANDI

Məşhurlar bu yaxınlarda yeni gəlir mənbəyi kəşf ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sosial media platforması məşhur adlara ödənişli şəkildə fərdiləşdirilmiş videolar çəkməyə imkan verir. 

Həmin videolarda ad günləri kimi xüsusi günlər və qarşı tərəfə göndəriləcək xüsusi mesajlar məşhur adlar tərəfindən çatdırılır. 

Bu sistemdə Serdar Ortaçdan Mehmet Ali Erbilə qədər bir çox məşhur adlar var. Məşhur adlar bu sistem vasitəsilə konsertlərdən, oynadıqları seriallardan, reklamlardan pul qazanırlar. Bundan başqa sosial şəbəkələrdəki paylaşımlarından və iştirak etdikləri dəvətlərdən də əlavə pul alırlar. 

Mehmet Ali Erbil 5 min tl (təxminən 452 azn), Serdar Ortaç 2900 tl (təxminən 262 azn), Şafak Sezer 3 min tl-yə (təxminən 271 azn) görüntülü danışıq edir. 
 

# 2685
avatar

Arzu Qurbanlı

Oxşar yazılar