Məşhur müğənni  yeni sevgilisi ilə   göründü
05 mart 2023 16:05 (UTC +04:00)

Məşhur müğənni yeni sevgilisi ilə göründü

27 yaşlı məşhur britaniyalı müğənni Dua Lipa yeni sevgilisi fransalı rejissor Romen Qavrasla ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Parisdə keçirilən Saint Laurent şousunda paparassilər cütlüyü "tutub". İfaçı sevgilisi ilə birlikdə arxa qapıdan çıxıb və onun əlindən tutub. Tədbir üçün Dua Lipa qara uzun paltar və dəri palto seçib və görünüşünü zinət əşyaları və gözlərini vurğu ilə parlaq makiyajla tamamlayıb.

İnsayder bildirib ki, sevgililər birlikdə vaxt keçirməyi sevirlər, bir-birlərini tanıyırlar və hər ikisi yaradıcı insanlardır və müğənni üçün onun sahəsini anlayan birinin tapılması vacib idi.

Bundan əvvəl Dua Lipa Ənvər Hədidlə uzun müddət görüşüb, lakin 2021-ci ilin sonunda ayrılıblar. Şayiələrə görə, ayrılığa səbəb müğənni və sevgilisinin sıx iş qrafiki olub, buna görə də bir-birlərini nadir hallarda görüblər.


 

# 4734
avatar

Oxşar yazılar