Məşhur müğənni  uşağını itirdi
15 may 2022 13:59 (UTC +04:00)

Məşhur müğənni uşağını itirdi

Amerikalı müğənni Britni Spirs hamiləliyinin erkən mərhələsində körpəsini itirdiyini açıqlayıb.

“Biz gözəl balamızı itirdik”, - Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, müğənni bu barədə sosial şəbəkədə yazıb.

Spirs əlavə edib ki, nişanlısı Sem Asqari ilə birlikdə "gözəl ailəni genişləndirməyə" cəhd edəcək.

O, hamiləliyi ilə bağlı aprel ayının əvvəlində xəbər vermişdi.

# 3159
avatar

Oxşar yazılar