Məşhur müğənni səhnədə  yıxıldı  -  XƏSTƏXAYA APARILDI   - FOTO
08 may 2022 05:58 (UTC +04:00)

Məşhur müğənni səhnədə yıxıldı - XƏSTƏXAYA APARILDI - FOTO

Türkiyənin məşhur müğənnisi Gülbən Ərgən səhnədə yıxılıb.

Lent.az NTV-ə istinadən xəbər verir ki, hadisə Türkiyə Futbol Federasiyasının 2-ci Liqasına yüksələn “Biteksen Düzcespor”un çempionluğuna həsr olunan konsert proqramında baş verib.

Gülbən Ərgən paltarının ayağına dolaşması səbəbi ilə səhnədə yıxılıb.

“Dostlar, çempionluğunuz məni yıxdı. Anlayışınız üçün təşəkkür edirəm, qaldığım yerdən davam edəcəyəm”,- deyə müğənni bildirib.

Konsertə davam edərkən halı pisləşən Ergen Düzce Atatürk Dövlət Xəstəxanasına aparılıb.

Gülben Ergen müalicədən sonra evə buraxılıb.

Ergen xəstəxananın qarşısına gələn xüsusi avtomobillə yola salınıb.Müğənni jurnalistlərə açıqlama verməyib.
 

# 4431
avatar

Oxşar yazılar