Məşhur müğənni Amerikanın ən gənc  milyarder qadını   oldu
06 iyul 2022 10:27 (UTC +04:00)

Məşhur müğənni Amerikanın ən gənc milyarder qadını oldu

Dünyaca məşhur müğənni Rihanna Amerikanın ən gənc milyarder qadını olub. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat “Forbes” jurnalında dərc olunub. 

34 yaşlı ifaçı 1.4 milyard dollarlıq sərvəti ilə siyahıda üçüncü dəfə zirvəyə qalxıb.

Siyahının 40 yaşdan kiçik tək milyarderi olan Rihanna sərvətinin bir hissəsini musiqi karyerasından, bir qismini isə “Fenty Beauty”, “Fenty Skin” və “Savage X Fenty” olmaqla 3 pərakəndə şirkətdən qazanıb. 

Qeyd edək ki, dünyaca məşhur reper ASAP Rokylə iki ilə yaxındır birlikdə olan müğənni Rihanna bu yaxınlarda ana olub. Onun may ayında bir oğlu dünyaya gəlib. 


 

# 5064
avatar

Sevinc Fərid

Oxşar yazılar