Rusiyalı müğənni Olqa Buzova
15 may 2022 21:30 (UTC +04:00)

Rusiyalı müğənni Olqa Buzova

Məşhur müğənni 18 yaşında olan şəklini paylaşdı - FOTO

Rusiyalı müğənni Olqa Buzova ilk dəfə televizyada efirdə olduğu günü qeyd etmək qərarına gəlib.

Lent.az xəbər verir ki,bunun üçün o “Telegram” kanalında 18 yaşında olan bir şəklini paylaşıb.

O vaxtdan bəri onun imici bir neçə dəfə dəyişikliklərə məruz qalıb. Sarışın saçlardan qaraya və ya əksinə.

“Əzizlərim, düz 18 il əvvəl, 15 may 2004-cü ildə ilk dəfə “Dom-2” realiti-şousunda TNT kanalının ekranında göründüm. Mən o zaman Sankt-Peterburq Dövlət Universitetinin ikinci kurs tələbəsi idim və bu tamaşaya getmək üçün sessiyanı qiyabi keçdim”,- deyə o, nostalji xatirələrini bölüşüb. 

36 yaşlı Buzova paylaşımında o vaxtdan bəri həyatının yaxşılığa doğru çox dəyişdiyini əlavə edib, həmçinin müxtəlif işlərdə ona dəstək olan bütün pərəstişkarlarına təşəkkür edib.


 

# 4773
avatar

Oxşar yazılar