Məşhur model OD PÜSKÜRDÜ:  "Fəlakətin içində səni gözləyirdik"
13 mart 2023 12:10 (UTC +04:00)

Məşhur model OD PÜSKÜRDÜ: "Fəlakətin içində səni gözləyirdik"

Sosial mediada paylaşımlarına görə tez-tez gündəmə gələn Türkiyənin tanınmış modeli Didem Soydan izləyicisinə yazdığı şərh ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, qara çimərlik geyimində hovuzun içərisində pozalar verən modelin paylaşımına bir izləyici "Bunun tam zamanı idi. Fəlakətin içində dörd gözlə səni gözləyirdik", - deyə, şərh yazıb. 

Model izləyicinin şərhinə "Tam zamanında sən nə edirsən bəs? Əlində telefonla, "Instagram"da Didem Soydanın paylaşımına şərh yazaraq fəlakətin qarşısını alırsan? Çox gözəl işdir də", - deyə, cavab verib.

Qeyd edək ki, aktyor Burak Denizlə yenicə ayrılan Didem Soydan yaşadığı bir çox qalmaqala görə gündəmdə idi.

# 1920
avatar

Nigar Namiq

Oxşar yazılar