Məşhur model: “Ancaq pis kişilər   məni tapır”
10 yanvar 2023 09:40 (UTC +04:00)

Məşhur model: “Ancaq pis kişilər məni tapır”

Dünyaca tanınmış model Emily Ratajkovski (Emrata) maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Emrata uğursuz münasibətlərindən danışıb:

“Ən pis kişiləri seçdiyimi bilirəm. Bəzən boş vermək istəyirəm. Özünə güvənən bir kişi istəyirəm. Amma özünü sübut etməyə çalışan biri olmasın”,- deyə model bildirib.

Qeyd edək ki, Emily Ratajkovski Sebastian Bear McClarddan boşandıqdan sonra Bred Pitt ilə münasibətinin olduğu deyilirdi. Amma daha sonra Kim Kardaşyanın keçmiş sevgilisi Pit Devidson ilə görüntülənmişdi.

# 2166
avatar

Oxşar yazılar