Məşhur idmançılarımız və biznesmenlərimiz bir arada - VİDEO
02 mart 2023 21:04 (UTC +04:00)

Məşhur idmançılarımız və biznesmenlərimiz bir arada - VİDEO

Motivator layihəsinin 4 illiyi qeyd edilib.

Lent.az xəbər verir ki, tədbirdə biznesmenlər, idmançılar, televiziya simaları və media nümayəndələri iştirak edib. Tədbir Bakının ən dəbdəbəli restoranlardan birində - “Esnaf Baku”da baş tutub. , təsisçi RÜFƏT HƏSƏNOV çıxış edərək layihənin ötən il ərzində ciddi uğur qazandığını qeyd edib.Tədbirin Baş sponsoru “Maricel Astara” şirkətinin sahibi Samir Alizadə “Maricel” hoteli haqqında məlumat verib.

Yubiley tədbirində özəl qonaqlar üçün kampaniyalar təşkil edilib. Özəl gecədə bir çox tanımış idmançılar RAFAEL AĞAYEV, Eduard Məmmədov, Şükran Soltanov, Rafiq Hüseynov, Fərhad Acalov və başqaları iştirak edib. Bundan başqa tədbirdə biznesmen, “Sat gruop”un təsisçisi AZAD QƏHRƏMANOV “MİLLİONAİRE CONCEPT”İN TƏSİSÇİSİ Aqil Mamiyev, Sakit Səmədov və başqa biznesmenlər iştirak ediblər. Qeyd edək ki,"Motivator Azerbaijan" 2018-ci ildən bəri fəaliyyət göstərən ilk qlobal motivasiya layihəsidir. Layihənin məqsədi müxtəlif sahələrdə uğur qazanmış şəxslərin iş prinsiplərini, uğurlarının sirlərini izləyicilərə çox asan və anlaşılan dildə çatdırmaqdır. Siz də bu layihə ilə tanışlıqla biznesmenlərin uğurlarının sirlərini öyrənə bilərsiniz. Tədbirin sonunda yubiley tortu kəsilib.

# 2640
avatar

Oxşar yazılar