Məşhur aktyorun xəyanəti kameralara düşdü - VİDEO
22 sentyabr 2022 14:04 (UTC +04:00)

Məşhur aktyorun xəyanəti kameralara düşdü - VİDEO

Türkiyənin tanınmış kino aktyoru Güven Kıraç maqazin gündəminə bomba kimi düşüb. 

Lent.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, dünən gecə məkanların birindən əsmər qadınla çıxarkən kameralara tuş gəlib. 

Jurnalistlərin onu çəkdiyini görməyən 62 yaşlı aktyor özündən qat-qat cavan bir qadınla əl-ələ gedib, jurnalistlərin fərqinə varandan sonra qadının əlini buraxıb.

Bundan sonra onun dostları jurnalistlərdən onları çəkməməsini tələb edib. 

Video sosial şəbəkələrdə sürətlə yayılıb və G. Kıraçın həyat yoldaşına xəyanət etməsi qızğın müzakirələrə səbəb olub. Hətta Güvenlə Başakın arasının pis olduğu iddiaları da yayılıb. 

Xatırladaq ki, Güven Kıraçın birinci evliliyi 1999-2010-cu illər arasında davam edib. Boşanan kimi ikinci həyat yoldaşı Başak Kıraçla evlənib.

Qeyd edək ki, aktyor "Duvara karşı", "Müslüm", "Gönül yarası", "Masumiyet", "Gemide" kimi filmlərdə və seriallarda yaddaqalan obrazlar yaradıb. 

Güven Kıraç və həyat yoldaşı Başak Kıraç

Aktyor Güven Kıraç dünən gecə həyat yoldaşına gənc xanımla xəyanət edib

# 4632
avatar

Nigar Namiq

Oxşar yazılar