Məşhur aktyor xəstəliyə TUTULDU: 20 kilo ARIQLADI
23 yanvar 2023 10:38 (UTC +04:00)

Məşhur aktyor xəstəliyə TUTULDU: 20 kilo ARIQLADI

"Yerli Leonardo DiCaprio" kimi tanınan türkiyənin aktyor Arda Kural yeni forması ilə diqqət çəkib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 kiloya yaxın arıqlayan Kuralın fit vəziyyəti pərəstişkarları tərəfindən bəyənilib.

Peşə həyatında yaşadığı problemlərin öhdəsindən gələ bilməyən Kural psixoloji cəhətdən yorulub. Psikoz diaqnozu qoyulduqdan sonra uzun müddət xəstəliklə mübarizə aparan Kural 2021-ci ildə Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında müalicə alıb.

Çətin günlərdən xilas olan aktrisa əvvəlcə saç əkimi etdirib, sonra çəkilişlərə qayıdıb. Ciddi pəhriz saxlayan Kural 20 kiloya yaxın arıqlayıb. O, paylaşımının altına "2023 modeli Arda Kural" qeydini əlavə edib.

 

# 3186
avatar

Fidan İlqar

Oxşar yazılar