Məşhur aktyor gənc sevgilisi ilə  GÖRÜNDÜ  - FOTO
18 yanvar 2023 17:48 (UTC +04:00)

Məşhur aktyor gənc sevgilisi ilə GÖRÜNDÜ - FOTO

Türkiyənin tanınmış aktyoru Ferit Aktuğ özündən çox kiçik olan yeni sevgilisi ilə kameralara tuş gəlib.

Lent.az xəbər verir ki, cütlük ustad sənətçi Uğur Yücelin "Hiç" adlı tək adamlıq tamaşasını izləməyə gedib.

Saadet Çamaş ilə əl-ələ pozalar verən 44 yaşlı Aktuğ jurnalistlərə "gözəl bir gecə oldu bizim üçün, Uğur qardaşı nə qədər tərifləsək, azdır. Bundan başqa hər şey qaydasındadır, xoşbəxtik və hüzurluyuq", - deyb.

Qeyd edək ki, Ferit Aktuğ "Kavak elleri", "Mazi kalbimde yaradır", "Sefirin kızı", "Koçum benim" kimi seriallarda rol alıb. 

# 2433
avatar

Nigar Namiq

Oxşar yazılar