Məşhur aktrisanın intihara cəhd xəbəri yayıldı:  Özü nələr dedi?
16 yanvar 2023 18:12 (UTC +04:00)

Məşhur aktrisanın intihara cəhd xəbəri yayıldı: Özü nələr dedi?

Türkiyənin sevilən aktrisası Hafzanur Sancaktutanın intihara cəhd etməsi barədə xəbərlər yayılıb.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, televiziyada yayımlanan maqazin proqramlarından birində aktrisanın sevgilisi Denizcan Aktaşdan ayrılmasının inthara səbəb kimi göstərilib.

Aktrisa öz sosial şəbəkə hesabından bu iddialara cavab verib.

“Məni və ailəmi çox üzən bu xəbərə etibar eləməyin. 22 yaşında ailəsini və işini çox sevən bir gəncəm. Belə böhtana məruz qaldığım üçün çox əziyyət çəkirəm. Xəstəxanada yatmışam, amma tamam başqa bir səbəbə görə.

Yalan xəbər yayanları cəzalandırmaq üçün xəstəxananın xəstəliyimlə bağlı təqdim etdiyi sənədlərlə birlikdə məhkəməyə müraciət edəcəm”,- aktrisa bildirib.

# 2130
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar