Məşədixanım Şəbnəm OD PÜSKÜRDÜ:   "Yaxşı etmişəm"
28 dekabr 2022 13:10 (UTC +04:00)

Məşədixanım Şəbnəm OD PÜSKÜRDÜ: "Yaxşı etmişəm"

İki gündür İran mediası və bu ölkənin sosial şəbəkə istifadəçilərinin müğənni Şəbnəm Tovuzlunun səfəri ilə bağlı müxtəlif paylaşımlar etməsi barədə xəbər vermişdik.

Lent.az xəbər verir ki, ifaçı onu tənqid edənlər barədə "Instagram" hesabında paylaşım edib. O, barəsindəki iddilara belə cavab verib:

"Açın qulağınızı, eşidin, bəzi sözbazlar. Görürəm mənim Məşhəd ziyarətim çox narahat edib sizi. Təbrizdə bəzi ağıldan kəm olanlar, mən sənətçiyəm və qəlbimdə arzularım olub ki, Ağanı ziyarət edim. Yaxşı etmişəm. Xalqımı, dövlətimi sevən bir xanımam. Tehranda məni sevən izləyicilərim var. Başqa da heç nə. Danışığınızı və yerinizi bilin. Çoxlarının gözü niyə çıxdı? Bilmirəm. Bir günlük ziyarətdir, qadın da ziyarət zamanı başını örtər. Nə xoş mənə ki, Allahım bu ziyarətləri qismət etdi. Siz hələ çox danışacaqsınız. Sözlərim hər kəsə aid deyil. Məni orada sevənlər çoxdur. Sözlərim bir-iki murdar qəlbli axmaqlaradır".

Qeyd edək ki, SEPAH Şəbnəm Tovuzlu İrana kəşfiyyata gəldiyini iddia edib.

# 3873
avatar

Nigar Namiq

Oxşar yazılar