Mehmet Ali Erbildən YENİ XƏBƏR -  Boğulub…
17 yanvar 2023 18:49 (UTC +04:00)

Mehmet Ali Erbildən YENİ XƏBƏR - Boğulub…

Bu günlərdə Kiprə gedən tanınmış şoumen Mehmet Ali Erbil orada xəstəxanaya yerləşdirilib. 

 Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə şoumenin bacısı Yeşim Erbil məlumat verib. O qeyd edib ki, anidən qardaşının halı pisləşib, üst tənəffüs yollarında problem yaranıb və boğulmağa başlayıb.

 “Təcili xəstəxanaya yerləşdirdik. Qardaşım Girne Universitetinin xəstəxanasında reanimasiyaya yerləşdirildi, müalicə aldı. Hazırda evdə dincəlir”,- o qeyd edib.

Xatırladaq ki, Mehmet Ali Erbil 2018-ci ildə keçirdiyi ağır xəstəlikdən sonra yerimə qabiliyyətini itirmişdi. Ağır günlərdən sonra bir qədər özünə gələn şoumen hamamda yıxılmaqla ikinci dəfə ağır travma alıb və əlil arabasında hərəkət etməyə məhkum olub.

# 2670
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar