Madonna yeni klipində Məryəm anaya "ilişir" -VİDEO
26 yanvar 2023 15:24 (UTC +04:00)

Madonna yeni klipində Məryəm anaya "ilişir" -VİDEO

Filmi təxirə düşən düya şöhrətli müğənni Madonna "The Enlightenment" adlı musiqili filmini təqdim edib.

Lent.az xəbər verir ki, altı dəqiqə 20 saniyə olan kiçik videoçarx "YouTube"da yayımlanıb. Məlumatlara görə, pop ulduzun "Vanity fair 2023" üçün çəkdirdiyi görüntülər klip kimi yığılıb. Çəkilişin müəllifləri isə italiyalı və isveçrəli fotoqraflar Luici Murena və Yanqo Henzidir.

Madonna bakirə Məryəm anaya "ilişməyi" də unutmayıb. Bundan başqa, ifaçı İsa peyğəmbərin olduğu "Sonuncu şam yeməyi" tablosundakı hərəkətləri təkrarlayıb. 

Qeyd edək ki, Madonnanın həyatından bəhs edəcək film ifaçının dünya turuna çıxmaq istəyinə görə təxirə salınıb. 

Madonna X Vanity Fair – The Enlightenment

# 2808
avatar

Nigar Namiq

Oxşar yazılar