"Laz Ziya"nın   qızının SON HALI
01 iyun 2023 15:52 (UTC +04:00)

"Laz Ziya"nın qızının SON HALI

Bir dövrə öz damğasını vuran “Kurtlar Vadisi”nin "Meral"ı Müge Ulusoy yenidən ekranlara qayıdıb.

Lent.az xəbər verir ki, aktrisa bu barədə sosial media hesabında paylaşım edib. 

Ulusoy TRT kanalında yayımlanan “Tabii” serialında rol alacağını bildirib.

“Çəkilişlərə ara verdiyim yerdən davam edirəm. Çox darıxdım”, - deyə aktrisa yazıb.

Bu xəbərlə yanaşı, 51 yaşlı aktrisanın illərə meydan oxuyan görünüşü də diqqət çəkib.

Qeyd edək ki, Müge Ulusoy “Kurtlar Vadisi” serialında “Laz Ziya”nın qızı olan Meral roluna görə tanıyır.

# 9444
avatar

Sevinc Fərid

Oxşar yazılar