“Laz Kızı” sevgisi üçün necə peşman olduğundan danışdı
06 iyun 2023 09:20 (UTC +04:00)

“Laz Kızı” sevgisi üçün necə peşman olduğundan danışdı

“Camdakı kız” serialına Laz Kızı obrazı ilə daxil olmuş müğənni Alya özü barədə maraqlı açıqlama verib. O Amerikadakı təhsilini, karyerasını sevdiyi adam üçün yarımçıq buraxıb Türkiyəyə gəldiyini bildirib. Bununla da filmdəki obrazına yaxın xarakterə sahib olduğunu bildirib.

Lent.az-ın xəbərinə görə, müğənni qatıldığı gecə proqramlarından birində maraqlı açıqlama verib.

“Mən də Laz Kızı kimi dəlicsinə sevə bilirəm. O zaman daha gəncdim. Aşiq oldum. Mənə elə gəlirdi ki, sənətçiyəm deyə sevgimdən ölməli, gəbərməli, böyük qurbanlar verməliyəm. Hər şeyi zirvədə buraxıb onun üçün Türkiyəyə gəldim və sonra da peşman oldum. Adam təsəvvür etdiyim kimi biri çıxmadı. Xəyal qırıqlığı yaşadım, ayrıldım. Amma onu Hayri kimi öldürmədim”,- deyə Alya bildirib.

Qeyd edək ki, Alya əslən slovendir. 1983-cü ildə Sloveniyada doğulub. Yaradıcılığının ilk illərində ingilis dilində mahnılar bəstələyib və oxuyub.

Avropada və Amerikada təhsil alıb. Türkiyəyə gəldikdən sonra aktyorluq kurslarında özünü təkmilləşdirib. Adı dəfələrlə sevgi qalmaqallarında çəkilmiş Alya məşhur Sabançılar nəslinin varisi Hakan Sabançı ilə də bir müddət sevgi yaşayıb. Hazırda biznesmen Mehmet Üstündağ ilə birlikdədir. Alyanın Laz Kızı obrazı “Camdakı kız” serialına yeni nəfəs gətirib və tamaşaçılar tərəfindən çox bəyənilib.

# 1785
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar