"Kurtlar Vadisi"nin aktrisası  ana   oldu 
19 aprel 2022 13:44 (UTC +04:00)

"Kurtlar Vadisi"nin aktrisası ana oldu 

Məşhur aktrisa və aparıcı Seray Sever ana olub. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın əkiz qız övladları dünyaya gəlib. 

O, uşaqlarına Sofiya və Alya adlarını qoyub. 

Aktrisa 2018-ci ildə özündən 10 yaş kiçik sevgilisi Eray Sünbüllə nikah bağlayıb. Onların uzun müddət idi uşaqları olmurdu. 

Seray Sever ən çox “Kurtlar vadisi” serialında “Çakır”ın bacısı “Dərya” obrazı kimi tanınır.  


 

# 4272
avatar

Sevinc Fərid

Oxşar yazılar