“Kraliçe”nin Zeynəbi: “Ağzımda kababla qarşınızdayam”
03 may 2023 13:32 (UTC +04:00)

“Kraliçe”nin Zeynəbi: “Ağzımda kababla qarşınızdayam”

“Kraliçe” serialındakı üsyankar Zeynəb obrazı ilə ekranlara çıxan aktrisa Selin Şekerçi İstanbulun mərkəzi küçələrindən birində kabab yeyərkən kameralara yaxalanıb.

Lent.az-ın məlumatına görə, aktrisa yeməyini yarımçıq qoyub jurnalistlərin suallarını cavablandırıb.

“Dodağımın yağıyla, ağzımda kabab qarşınızdayam” deyə zarafat edərək sualları cavablandırıb.
Zeynəb obrazı ilə xarakter etibarilə yaxın olduğunu söyləyərək, “hər zaman hər kəsin qarşısında dik ayaq üstə dayandım. Heç kimə boyun əymədim, minnətçi düşmədim. Düşmərəm də” deyə o qeyd edib.

Aktrisa yaxın günlərdə teatr tamaşalrında rol aldığını, tamaşaçılarla üz - üzə qalmağın möhtəşəm duyğu olduğunu da vurğulayıb.

“İnsanların gözlərinin işçinə baxaraq, nəfəsini hiss edərək oynamaq gözəl duyğudur”,- deyə o qeyd edib.


 

# 2565
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar