Klubdakı partlayışda yaralanan qıza  AĞIR İTKİ : "Dünyam qaraldı"
20 aprel 2022 09:25 (UTC +04:00)

Klubdakı partlayışda yaralanan qıza AĞIR İTKİ: "Dünyam qaraldı"

“Location" klubunda baş verən partlayışda yaralanan model Merlinə (Təranə Rzayeva) ağır itki üz verib.

Lent.az xəbər verir ki, modelin atası Azad kişi uzun sürən xərçəng xəstəlikdən sonra 60 yaşında vəfat edib: “Mənim üçün çox ağır gündür. Dünyam qaraldı. Atamı itirdim”. 

Qeyd edək ki, Merlin Lent.az-a müsahibəsində atasının xəstə olması barədə danışmışdı: “Partlayış baş verəndən sonra ayılanda şükür etdim ki, sağ qalmışam. Çünki atam xərçəng xəstəsidir. Mənim ölüm xəbərimi eşidib, ölə bilərdi. Müalicə olunur. Ümid Allahadır”. 


 

# 18333
avatar

Yalçın UĞUR

Oxşar yazılar