İbrahim Tatlısəs yenidən evlənmək istəyir
30 sentyabr 2022 14:17 (UTC +04:00)

İbrahim Tatlısəs yenidən evlənmək istəyir

Türk musiqisinin imperatoru İbrahim Tatlısəs sosial media hesabında yenidən evlənmək istədiyini bəyan edib.

Lent.az xəbər verir ki, məşhur müğənni sosial şəbəkədəki paylaşımında “Xanımla boşandıq, yenidən evlənməyi düşünürəm”, yazıb.

Bir müddət öncə Gülçin Karakaya ilə eşq macərası yaşayan, bir ay əvvəl isə avtomobil qəzasında Berka Güllə birlikdə olduğu üzə çıxan müğənninin hansı xanımı boşadığı isə maraq doğurub. Çünki 69 yaşlı İbrahim Tatlısəs o qədər çox evlənib-boşanıb, o qədər çox sevgili tapıb ki, artıq şou müxbirləri də sayını-hesabını itiriblər. Hətta onun statusunun altından bir izləyici, “İbrahim bəy evlilik mövzusunda Seda Sayanla yarışa çıxıb”, - fikir bildirib.

Qeyd edək ki, İbrahim Tatlısəsin müxtlif xanımlarla evliliklərindən 7 övladı var.

# 3060
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar