İbrahim Tatlısəs keçmiş yoldaşını qucaqlayıb hönkür-hönkür ağladı  - VİDEO
03 noyabr 2022 13:50 (UTC +04:00)

İbrahim Tatlısəs keçmiş yoldaşını qucaqlayıb hönkür-hönkür ağladı - VİDEO

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Dərya Tunanın anasının dəfnində iştirak etməsi diqqət çəkib.

Lent.az xəbər verir ki, dəfn mərasimində İbrahim və Dəryanın bir-birilərinə sarılaraq ağlaması və əlindən öpməsi kameralara yansıyıb. Əlil arabasında gələrək, keçmiş arvadını çətin günündə tək qoymayan müğənni jurnalistlərə bu sözləri deyib:

“Dərya xanım mənə 30 ilini Verdi. Onun anası mənim anamdır. Rəhmətliyi çox sevərdim. Məkanı cənnət olsun. Dərya xanımı heç bir zaman tək buraxdım. Heç bir övladımın anasını da yalnız qoymaram. Ona görə buradayam. Dərya Tuna tək deyil, çox üzüldük. Telefonla zəng etdim, danışa bilmədik. Dərya xanım çox kədərlidir. Anasına uşağı kimi baxırdı”.

Qeyd edək ki, İbrahim Tatlıses və Dərya Tuna 1983-cü ildən başlayaraq, 18 il münasibət yaşayıblar. Onların İdo adlı oğulları var.

İbrahim Tatlıses keçmiş həyat yoldaşını çətin anında tək qoymadı

# 5601
avatar

Nigar Namiq

Oxşar yazılar