Hadisənin atdığı üzük  HARADADIR?
21 sentyabr 2022 18:23 (UTC +04:00)

Hadisənin atdığı üzük HARADADIR?

Türkiyənin məşhur müğənnisi Hadisənin boşanması gündəmdən düşmür. 

Lent.az xəbər verir ki, yaxınlarda boşanan ifaçı bu dəfə səhnədə barmağından çıxarıb tulladığı üzüyü ilə də gündəm yaradıb.  

Lakin Hadisənin barmağındakı üzüyün əslində, nişan üzüyü olmadığı məlum olub. Yəni, üzüyün dəyəri 3 milyon deyilmiş. 

Bundan başqa, bir çoxuna maraqlı gələn "Hadisənin 3 milyonluq üzüyü haradadır" sualına cavab kimi məlum olub ki, onun üzüyü evindəki kassadadır. 

Qeyd edək ki, 5 ay əvvəl iş adamı Mehmet Dinçerler ilə ailə quran Hadisə Açıkgöz bu yaxınlarda boşanıb. Bundan sonra isə sosial şəbəkələrdə Mehmet Dinçerler xeyli "linç" olunub.

# 3759
avatar

Nigar Namiq

Oxşar yazılar