Günel 17 il sonra "Banu"dan GETDİ:  Görün yerinə kim gəldi?
09 may 2023 16:59 (UTC +04:00)

Günel 17 il sonra "Banu"dan GETDİ: Görün yerinə kim gəldi?

İllərdir "Space TV"də yayımlanan “Banu” verilişinin aparıcı dəyişib.

Lent.az xəbər verir ki, proqramın aparıcı Günel Həsənzadə layihədən ayrılıb.

Bundan sonra verilişin aparıcılığı şairə Nazilə Səfərliyə həvalə olunub. Məsələ ilə bağlı Nazilə Səfərli paylaşım edib. O, paylaşımda Günelin xarici ölkəyə köçdüyünü vurğulayıb.

Paylaşımın şərhində qeyd olunub:

"Space TV"nin 17 illik mirası olan “Banu” Güneldən Naziləyə əmanət olundu. Əminəm ki, çoxunuz Günel xanımın gedişinə təəssüflənəcəksiniz. Səmimi olacağam, mən də üzüldüm. Mənə də asan olmayacaq, “Banu” izləyicilərinin könlünü almaq. Günel xanım ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçdü.

Niyyətin hara, mənzilin ora. Qapılarınıza toya gələk".

# 5559
avatar

Fidan İlqar

Oxşar yazılar