Gözəl görünmək üçün ayaqlarını  14 santimetr   uzatdırdı
05 may 2023 17:36 (UTC +04:00)

Gözəl görünmək üçün ayaqlarını 14 santimetr uzatdırdı

Almaniyalı model Tereziya Fişer ayaqlarının daha uzun görünməsi üçün iki ağır əməliyyat keçirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə əsasən bunun üçün modelin ayaq sümükləri qırılıb. Lakin nəticədə onun boyu 14 santimetr uzanıb.

Əməliyyatdan sonra modelin ayaqlarının uzunluğu 125 santimetr, öz boyunun hündürlüyü 182 santimetr olub.

Bu əməliyyata görə model 161 min dollar xərcləyib.

Almaniyada ayaqların sındırılaraq uzadılması əməliyyatı getdikcə populyarlaşır.

Ayağı uzatmaq üçün bud sümükləri çanaqdan qırılır, çanaqla bud sümüyü arasına hərəkətli metal qurğu keçirilir. Əməliyyatdan sonrakı 3 ayda bu metal qurğu hər gün bir millimetr uzadılır. Reablitasiya müddəti 6 ay davam edir.

 

# 2817
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar