Estetik əməliyyatlarla bağlı sualı eşidib  qəzəbləndi
25 may 2023 12:51 (UTC +04:00)

Estetik əməliyyatlarla bağlı sualı eşidib qəzəbləndi

İstanbuldakı gecə klublarından birindən çıxanda paparazzilərə yaxalanan gözəl aktrisa Hande Erçel eşitdiyi suala görə bərk əsəbiləşib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktrisaya keçirdiyi estetik əməliyyatlar barədə sual verilib.

O, hirslənərək deyib: “Sizin bu etdiyiniz iş sayılır? Gözəl ovqatım var idi, korladınız. Daha sizinlə danışmaq istəmirəm. Ağzınızdan çıxan suallara diqqət edin”.

# 3081
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar