“Ərim mənsiz kluba gedə bilməz,  ovçu qadınlar var”   – Seda Sayan
11 may 2023 15:51 (UTC +04:00)

“Ərim mənsiz kluba gedə bilməz, ovçu qadınlar var” – Seda Sayan

“Ərim mənsiz kluba gedə bilməz. Mən də onsuz gedə bilmərəm”.

Bu fikirləri məşhur müğənni və teleaparıcı Seda Sayan ailə həyatı barədə danışarkən səsləndirib.

Seda Sayan 8-ci əri Çağlar Ötkenlə boşanması barədə yayılan xəbərlərə münasibət bildirərək, hər şeyin yolunda olduğunu söyləyib.

“Ərimi heç qısqanmıram. Lakin elə şeylər var ki, bir-birimizi üzməyə əsas verə bilər. Buna yol verməməliyik. Qırmızı cizgilərim var və o bunu bilir.

Üzülməyimə meydan verməməlidir Mən də onu üzməməliyəm. Hamıya şamil etmirəm. Amma qadınlar kişilərdən daha çox ovçu xislətindədirlər. Ərinə diqqət etməlisən, bacım. Ovçu qadınlar var, yuvanızı dağıtmaq üçün hər şey edə bilərlər. Əsas olan ona kimin baxması deyil, ərinizin kimə baxmasıdır”, - müğənni bildirib.


 

# 2685
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar