Enis Arıkanın saçları qonşusunu niyə  qorxudub?
22 may 2023 19:32 (UTC +04:00)

Enis Arıkanın saçları qonşusunu niyə qorxudub?

“Camdakı kız” serialındakı Muzo obrazıyla azərbaycanlı tamaşaçıların da rəğbətini qazanan Enis Arıkan parik taxmasından danışaraq, izləyicilərinin qəhqəhə çəkməsinə səbəb olub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Enis Arikan deyib ki, pandemiya zamanı başının ön hissəsinə yapışdırdığı protez saçları çıxarmağa qərar verib: "Dedim, onsuz da evdən çıxmıram, başım bir az hava alsın. Saçımın bir hissəsinin kleyini aralayıb qoparmışdım ki, telefonum zəng çaldı. Baş dərim sıyrılmış kimi danışa-danışa ortalıqda gəzirəm. Parik yadımdan çıxıb.

Bu vaxt  qonşum qapını döydü, açdım. Məni görən kimi əlini dizinə vurub, qışqırdı: “Aman Allah, nə oldu? Polisə zəng edimmi?”. 

Heç nə anlamayıb mən də qorxdum. “Nə olub, niyə?”. İkimiz də qışqırırıq. Soruşdu ki, başının dərsini kim soydu?

Anlayıb qəhqəhə çəkdim. “Allah cəzanı verməsin adam, parikdir, kim mənim başımı soyacaq? Başı soyulan adam ortalıqda rahat gəzərmi?” dedim. O gündən bəri qonşum hər məni görəndə gülüb keçir", - aktyor bildirib.

Enis Arıkan bir dəfə saç əkdirsə də, nəticədən məmnun qlamayaraq protez saç parikindən istifadə edir.


 

# 2136
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar