Elzadan Rasim Balayevə CAVAB  -VİDEO
16 avqust 2022 19:11 (UTC +04:00)

Elzadan Rasim Balayevə CAVAB -VİDEO

"Hər şairin öz oxucusu, hər bəstəkarın dinləyicisi var. Rasim Balayevə təşəkkür edirəm, oxucumdur, məni müzakirə edir. Mənim kimi böyük şairi şəxsiyyətli aktyor, xalqımızın gözəl sənətkarı müzakirə edirsə, mənim üçün fəxrdir".

Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Onun sirri" proqramında danışarkən deyib.

Müğənni onun şeirlərini tənqid edən Xalq artisti Rasim Balayevin "Ona deyən yoxdur ki, işinlə məşğul ol. Sən şair deyilsən. Bu şeirlər efirlik deyil", sözlərinə belə reaksiya verib:

"Yəqin mənim şeirlərim hələ onu qane etmir. Yazdığım hansısa şeir qane edər. Ona heç nə edə bilmərəm. Bizim Nəsimimizdir... Onun haqda başqa sözlər deyərəm. Biz onu istəmişik xasiyyətində, həyat tərzində İmamməddin Nəsimi kimi görək. Ona o sözləri demərəm, özümə yaraşdırmaram. Rasim bəy, oxumağa davam edin. Sizi çox istəyirəm, məni tənqid edin". 

# 3687
avatar

Oxşar yazılar