Dünya şou-biznesində nələr baş verir? -  XRONİKA
23 yanvar 2023 19:42 (UTC +04:00)

Dünya şou-biznesində nələr baş verir? - XRONİKA

Maqazin aləmi hər gün yenilənir, yeni xəbərlər gündəm yaradır. Bəs 24 saat ərzində dünya şou-biznesində nələr baş verib?

Lent.az dünyanın maqazin gündəmindən xronikanı təqdim edir.

İş qadını, amerikalı milyoner Kayli Cenner "Schiaparelli"nin dəfiləsində geyindiyi əlbisə ilə diqqət çəkib. Onun qara, dar paltarının üzərindəki şir başı müzakirələrə səbəb olub. 

Məşhur amerikalı müğənni Doja Cat da həmin dəfilədə görkəmi ilə təəccübləndirib. Dojanın qırmızı imici sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

"Tənhalığı sevirəm" deyən 30 yaşlı amerikalı müğənni, aktrisa Selena Qomez sevgilisi DJ Dryu Taqqart ilə ilk dəfə əl-ələ görünüb. Cütlük məkanların birindən çıxarkən paparazzilərin kameralarına tuş gəliblər. 

“Avatar: Suyun yolu” filmi rekordunu təzələyərək, bütün zamanların ən çox gəlir gətirən 7 filmindən 6-cı olub. Film dünya üzrə bilet satışlarında 2 milyard dollar əldə edib.

Evinin ətrafındakı qarı kürüyən zaman ağır yaralanan "Marvel" serialının qəhrəmanı Ceremi Renner səhhəti barədə açıqlama yayıb. O, 30-dan çox sümüyünün sındığını və günü-gündən yaxşılaşdığını etiraf edib. 

Türkiyəli müğənni Sibel Can bu il Antalyada və Avropanın bəzi şəhərlərində ümumi olaraq 19 konsert verərək, 50 milyon lirə qazanacaq. 

Eşq yaşadıqları iddia edilən məşhur aktrisa Hande Erçel iş adamı Hakan Sabancı ilə birlikdə görünüb. Onlar məkanların birindən bərabər çıxıblar. 

Məşhur aktyor Burak Deniz "Şahmaran" serialındakı tərəf müqabili Serenay Sarıqaya ilə yeni fotosessiyasını paylaşıb. 

Türkiyəli müğənni Safiye Soyman öd kisəsindən əməliyyat olunub. 61 yaşlı ifaçını həyat yoldaşı Faik Öztürk tək qoymayıb. 

# 2877
avatar

Nigar Namiq

Oxşar yazılar