Dünya şou-biznesində nələr baş verir? - XRONİKA
18 yanvar 2023 19:47 (UTC +04:00)

Dünya şou-biznesində nələr baş verir? - XRONİKA

Maqazin aləmi hər gün yenilənir, yeni xəbərlər gündəm yaradır. Bəs 24 saat ərzində dünya şou-biznesində nələr baş verir?

Lent.az dünyanın maqazin gündəmindən xronikanı təqdim edir.

Məşhur müğənni Selena Qomez ilk dəfə yeni sevgilisi, DJ Drew Taggart ilə boulinq oynayarkən görüntülənib. Onlar göründüyü kimi bir yerdə xeyli əylənirlər.

32 yaşlı amerikalı repçi İggi Azalea pul qarşılığında erotik və pornoqrafik paylaşımların edildiyi "OnlyFans" saytında hesab açıb. Repçinin 24 saat ərzində 441 min 500 dollar qazandığı məlum olub.

Avstraliyalı aktrisa Marqot Robbi baş rol ifaçısı olduğu "Babil" filminin öz ölkəsində keçirilən qala gecəsinə qatılıb. Sidney şəhərindəki qalada Marqot qırmızı xalıda müsahibə verən zaman arxasından keçən uşaqlıq dostu ona "Maggot", yəni "qurd balası" deyib. Aktrisanın uşaq vaxtı ləqəbinin "qurd balası" olduğu ortaya çıxıb.  

62 yaşlı amerikalı aktyor Sean Penn keçmiş həyat yoldaşı, aktrisa Robin Vright ilə 13 il sonra görünüb. Onlar Los-Anceles aeroportunda paparazzilərin kameralarına tuş gəliblər. 14 il evli olan cütlük 2010-cu ildə boşanmışdılar.

Avstraliyalı əfsanəvi müğənni Rene Geyer bu gün vəfat edib. 69 yaşında dünyasını dəyişən ifaçı bir müddət əvvəl çanağından əməliyyat olunmuşdu.

Türkiyənin ən məşhur aktrisalarından olan, "sultan" ləqəbli sənətçi Türkan Şoray Küçükçekmecedə baş tutan tədbirə qatılıb. Tədbir iştirakçılarının aktrisanı xeyli alqışlaması diqqətdən yayınmayıb. O, çıxışında "Mən sinema əməkçisiyəm, sinemaya əmək verdiyimə görə özümlə çox qürur duyuram. Həyatım işləməklə keçdi və 15 ildir çəkilişlərdən uzaq olmağım məni çox hüznləndirir. İndi soruşsalar ki, yenə Türkan Şoray olmaq istəyərdin? "Hə" deyərəm və yenə sinemanı seçərəm. Kaş yenə o yaşlara qayıda biləydim, yenə aktrisalıq edərdim", - deyib. 

Ötən il kiçik bir mərasimlə ailə həyatı quran məşhur aktrisa Vildan Atasevermüğənni Mehmet Erdem uzun zamandan sonra bir yerdə görünüblər. Cütlük jurnalistlərin suallarına cavab verərək, "Evliliyimiz çox gözəl irəliləyir. Gördüyünüz kimi çox xoşbəxtik və hər şey qaydasındadır", - deyiblər. 

Aktrisa Afra Saraçoğlu bu yaxınlarda ayrıldığı keçmiş sevgilisi Mert Yazıcıoğlu ilə paylaşdığı fotoları "Instagram" hesabından silib. Mertin isə fotoları silmədiyi diqqətdən yayınmayıb.

 


 

# 2658
avatar

Nigar Namiq

Oxşar yazılar