Dünya şöhrətli ulduz  əlil arabasında  görüntüləndi - FOTO
03 iyun 2022 03:59 (UTC +04:00)

Dünya şöhrətli ulduz əlil arabasında görüntüləndi - FOTO

Paparazzilər Elton Conu Leypsiq hava limanında əlil arabasında yaxalayıb. 

Lent.az “Daily Mail”-ə istinadən bildirir ki, 75 yaşlı müğənni yorğun və pis vəziyyətdə görüntülənib. 

Ancaq müğənni özü də bəzi səhhətində problemlər olduğunu gizlətmir. 

2019-cu ildə verdiyi müsahibədə hitlərin müəllifi və ifaçısı ayağından aldığı zədə səbəbindən əlil arabasında hərəkət etmək məcburiyyətində qaldığını söyləyib. 

Bir il əvvəl o, ayağındakı ağrılardan şikayətlənirdi.

“Yöndəmsiz şəkildə yıxıldım və o vaxtdan bud nahiyəmdə şiddətli ağrılar hiss edirəm” ,- deyə sənətçi özü haqqında bildirib.

Buna baxmayaraq müğənni sosial şəbəkədə yarımçıq qalan qastrol səfərini davam etdirmək niyyətində olduğunu bildirib. 
 

# 3213
avatar

Oxşar yazılar