DiKaprio Gigi Hadidlə yenidən EŞQ YAŞAYIR
25 fevral 2023 16:38 (UTC +04:00)

DiKaprio Gigi Hadidlə yenidən EŞQ YAŞAYIR

Hollivud ulduzu Leonardo Di Kaprio gənc model Gigi Hadidlə yenidən eşq yaşamağa başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yaşadığı sevgi macəraları ilə gündəmə gələn aktyor Hadidin qəlbini yenidən qazanmağa çalışıb.

Xatırladaq ki, Leo və Gigi keçən ilin sonunda ayrılmışdı. Bir neçə ay sonra onlar restoranda yemək yeyərkən kameralara tuş gəliblər.

Məkana gələn aktyor və model 1 saat oturduqdan sonra tək-tək oradan uzaqlaşıblar. Məkanı əvvəlcə Gigi tərk edib. 10 dəqiqə sonra isə Leo oradan uzaqlaşıb.

# 3522
avatar

Fidan İlqar

Oxşar yazılar