Demet Özdemir qaraçı ailəsində böyüməsindən danışdı
22 may 2023 11:02 (UTC +04:00)

Demet Özdemir qaraçı ailəsində böyüməsindən danışdı

Məşhur türk aktrisası Demet Özdemir qonaq olduğu televiziya proqramlarından birində uşaqlığı barədə maraqlı açıqlama verib. 

Lent.az-ın xəbərinə görə onun ailəsi də, qonşuları da qaraçı ailələri olub.

“Ailəm Bolqarıstandan köçmüş roman ailəsidir. (Qaraçıların Avropa qolu). Trakyalıdırlar. Körpəlikdən ətrafımda ən kiçik melodiyaya belə rəqs edən adamlar gördüm. Çaydan qaynayanda dızıldasa, ona da rəqs edirdilər. Həyatım altın günlərində, qadın məclislərində keçib. Anam əlimdən tutub hər yerə aparır, mən yorulub bir küncdə uyuyur, onlar göbək atırdılar. Qorxunc uşaq yetişdirmək şəkli var romanların. Səni atacaqlar bir küncə, öz keflərində, əyləncələrində. Ritmik notlar altında böyüdüm. Odur ki, hara gedirəm, musiqi eşitdimmi, oynayıram. Filmlərdəki rəqslərim çox təbii alınır. Çünki özümü oynayıram”,- deyə o bildirib.
 

# 3984
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar