Cenifer Lopez əkizlərini təbrik etdi
23 fevral 2023 13:25 (UTC +04:00)

Cenifer Lopez əkizlərini təbrik etdi

Ulduz müğənni Cenifer Lopes sosial şəbəkə hesabında dərc etdiyi fotoya görə minlərlə təbrik alıb.

Lent.az-ın xəbərinə görə, müğənni əkizləri Emma və Maksimilianın uşaqlıq fotolarını paylaşaraq, onları doğum günləri münasibətilə təbrik edib. O, uşaqlarını əzizləyərək, onları kokos adlandırıb.

“Mənim gözəl kokoslarım, ikinizlə də fəxr edirəm Sizi şox sevirəm”,- deyə o, şəkillərin altında yazıb.

Cenifer Lopesin əkizlərinin atası aktyor Mark Entonidir. Uşaqlar 2008-ci ildə dünyaya gəlib. Cütlük 2011-ci ildə boşanıb.

Hazırda Cenifer Lopes aktyor Ben Affleklə, Mark Entoni isə model Nada Ferreyre ilə evlidir.

# 2301
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar