Cenifer Lopes bu libası ilə diqqət çəkdi
10 mart 2023 11:55 (UTC +04:00)

Cenifer Lopes bu libası ilə diqqət çəkdi

53 yaşlı Cenifer Lopes və 50 yaşlı əri Ben Afflek təntənəli “Qremmi” mükafatlandırma mərasimindən dərhal sonra yeni “sevgi yuvasının” axtarışına çıxıblar. 

Lent.az-ın məlumatına görə, cütlük Los- Ancelesin əmlak bazarında yeni ev axtarışındadır.  Ev axtarışına çıxan  Ceylo paparazzilərin kameralarına tuş gəlib.

Cenifer Lopesin rahat ağ geyimi diqqət çəkib. O, ağ rəngli idman stilində şalvarını  yun geniş boyunlu ağ sviterlə dəstləşdirib. Müğənni obrazını ağ krassovkalarla tamamlayıb.


# 4665
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar