53 yaşlı Cenifer Lopes və 50 yaşlı əri Ben Afflek təntənəli “Qremmi” mükafatlandırma mərasimindən dərhal sonra yeni “sevgi yuvasının” axtarışına çıxıblar.
Lent.az-ın məlumatına görə, cütlük Los- Ancelesin əmlak bazarında yeni ev axtarışındadır. Ev axtarışına çıxan Ceylo paparazzilərin kameralarına tuş gəlib.
Cenifer Lopesin rahat ağ geyimi diqqət çəkib. O, ağ rəngli idman stilində şalvarını yun geniş boyunlu ağ sviterlə dəstləşdirib. Müğənni obrazını ağ krassovkalarla tamamlayıb.