Ceff Bezosun qalmaqallı yaxtası  SƏYAHƏTƏ HAZIRLAŞIR
06 mart 2023 15:23 (UTC +04:00)

Ceff Bezosun qalmaqallı yaxtası SƏYAHƏTƏ HAZIRLAŞIR

"Amazon"un qurucusu milyarder Ceff Bezosun 500 milyon dollarlıq super yaxtası ilk səyahətinə hazırlaşır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o iki ay ərzində sahibinə çatacaq.

Yaxta beş il müddətinə tikilib. O, dünyanın ən hündür yaxtası olduğunu iddia edilir. Gəminin uzunluğu 127 metr, üçlü dirəkləri isə 70 metrdir. Yaxta "Koru" adlanır. Maori dilində "yeni başlanğıclar" deməkdir.

Gəmi Hollandiyanın "Oceanco" tərsanəsi tərəfindən inşa edilib. 95 yaşlı Koninqşaven körpüsünün altından keçə  bilmədiyi üçün artıq qalmaqala düşüb. Bezos Rotterdam rəhbərliyindən körpünü sökməyi xahiş edib, sonra isə onun bərpası üçün pul ödəyəcəyini vəd edib. Ancaq bu tələbdən imtina edilib. Üstəlik, şəhər sakinləri yaxtaya yumurta atmaqla hədələyiblər.

Daha sonra Bezos yaxtanın yelkənlərini elə düzəldib ki, körpünün altına sığsın. Şirkət ehtiyatla nəhəng yaxtanı dirəklərinin əlavə olunduğu başqa bir gəmiqayırma zavoduna çəkib.

Həmçinin qeyd edilir ki, Koru superyaxtasının üç nəhəng dirəyi var və bunun sayəsində yelkənlərin kinetik enerjisi hesabına hərəkətə gətirilir. Bu son dərəcə qabaqcıl və ekoloji cəhətdən təmiz texnologiya deməkdir.

# 3042
avatar

Fidan İlqar

Oxşar yazılar