Camala Zelenski ilə  GÖRÜŞDÜ:   "Ukrayna tezliklə zəfər qazanacaq"
30 noyabr 2022 14:51 (UTC +04:00)

Camala Zelenski ilə GÖRÜŞDÜ: "Ukrayna tezliklə zəfər qazanacaq"

Tanınmış ukraynalı müğənni Camala Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Lent.az xəbər verir ki, bu barədə ifaçı "Facebook" hesabında paylaşım edib. Camala bildirib ki, Ukrayna tezliklə zəfər qazanacaq:

"ABŞ-a getməzdən əvvəl mənim üçün cəsarət və qətiyyət nümunəsi olan ölkəmizin rəhbəri ilə görüşmək şərəfinə nail oldum. Bugünkü görüşə və söhbətə görə təşəkkür edirəm, Vladimir Zelenski. Bu, mənim üçün vacib idi. Mən bir daha əmin oldum ki, mədəniyyət cəbhəsi Ukraynanın mübarizəsinin tərkib hissəsidir. Biz qalib gələnə və bütün ərazilərimizi geri alana qədər sizə müharibəni xatırladacağam. Bu cür görüşlər Krım və ölkəmizin hər santimetr ərazisi üçün daha da mübarizə aparmağa güc verir. Həqiqət arxamızdadır, hamımız eyni məqsədə, qələbəyə gedirik. ABŞ-da bizim haqqımızda danışıb mahnı oxuyacaqlar".

Qeyd edək ki, 2016-cı ildə keçirilən "Eurovision" mahnı müsabiqəsinin qalibi Camala Zelenskiyə imzaladığı afişanı hədiyyə edib. 

# 3522
avatar

Nigar Namiq

Oxşar yazılar