Bu qız ömrü boyu bir dəfə də gülümsəməyib
07 iyun 2023 09:43 (UTC +04:00)

Bu qız ömrü boyu bir dəfə də gülümsəməyib

25 yaşlı Yeni Zellandiyalı model Tayla Klement ömrü boyu bir dəfə də gülümsəməyib.

 Lent.az-ın məlumatına görə, buna səbəb Taylanın Moebius sindromu ilə dünyaya gəlməsidir. Bu sindrom qızın üz əzələlərini iflic edib. Kədər və sevinc kimi duyğular Taylanın üzündə ifadə olunmur. Tayla bir neçə dəfə üz əzələlərini hərəkətə gətirmək üçün əməliyyat keçirsə də, cəhdlər uğurusuz olub. 

O indi fotomodel kimi fəaliyyət göstərir. Donuq üz cizgiləri qazanc mənbəyinə çevrilib. Tayla dünyada bu sindromla doğulmuş bir neçə adamdan biridir. O öz fərqliliyindən utanmayıb, bununla yaşamağı öyrənməyin vacibliyini təbliğ edir.


# 2445
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar