Bu məşhurlar gizli  GÖRÜŞÜR   - FOTO
17 yanvar 2023 19:28 (UTC +04:00)

Bu məşhurlar gizli GÖRÜŞÜR - FOTO

Dünya şöhrətli müğənni Selena Qomezin "The Chainsmokers" qrupunun solisti Endryu Taqqart ilə münasibət yaşadığı iddia olunur. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, uzun müddətdir həyatına heç kimi buraxmayan Selenanın bu dəfə Endryuya şans verdiyi deyilir.

İddialara görə, onlar kafeyə, boulinqə və sinemaya gedir, romantikalarını gizlətməyə çalışmırlar. 

Qeyd edək ki, qərb mətbuatının iddialarına görə, Endryu Taqqart ötən ilin sentyabrında "Apple" şirkətinin yaradıcısı Stiv Cobsun 24 yaşlı qızı Yeva ilə sevgili idi. Ancaq o, Selena ilə münasibətə başlamazdan əvvəl Yevadan ayrılıb.

Stiv Cobsun qızı Yeva

# 2685
avatar

Nigar Namiq

Oxşar yazılar