Bred Pitt yeni sevgilisi ilə konsertdə görüntülənib
17 noyabr 2022 05:34 (UTC +04:00)

Bred Pitt yeni sevgilisi ilə konsertdə görüntülənib

Hollivud aktyoru Bred Pitt “U2” qrupunun lideri Bononun konsertinə yeni sevgilisi ilə qatılarkən görüntülənib.

Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

58 yaşlı sənətçi “The Vampire Diaries”in aktyoru Pol Ueslinin məşqçisi və keçmiş həyat yoldaşı 29 yaşlı İnes de Ramonla Los-Ancelesdəki Orfey Teatrının yaxınlığında görüntüləniblər.

2013-cü ildə Cenevrə Universitetini bitirən İnes de Ramon Nyu Cersidəndir. O, Anita Ko Jewelry-nin topdansatış şöbəsinə rəhbərlik edib. 

2019-cu ildə Uesli ilə evlənib. Cütlük bir neçə ay əvvəl ayrılıb.
 

# 2196
avatar

Oxşar yazılar