Bred Pitt Ancelina Coli ilə qonşuluqdakı evini SATIR
23 yanvar 2023 11:13 (UTC +04:00)

Bred Pitt Ancelina Coli ilə qonşuluqdakı evini SATIR

Amerikalı aktyor və prodüser Bred Pitt Los-Ancelesdəki evini satışa çıxarıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin ev onun keçmiş həyat yoldaşı, aktrisa Ancelina Colinin mülkünün yaxınlığındadır.

Aktyor Los Feliz ərazisində 40 milyon dollara obyekt almaq istəyir. İndi satışa çıxardığı evi isə1994-cü ildə 1,7 milyon dollara alıb.

Sonra o, qonşu torpaq sahələrini alaraq, burada buz meydançası, tennis ərazisi və hovuz yaradıb. Bu evdə Pitt boşanmadan əvvəl Coli və uşaqları ilə birgə yaşayıb.

Mənbələrin bildirdiyinə görə, satışa səbəb aktyorun daha kiçik ev tapmaq istəyi olub. 

# 2109
avatar

Fidan İlqar

Oxşar yazılar