Azərbaycanlı modelyer iki evini də İTİRDİ  - FOTO
09 yanvar 2023 17:09 (UTC +04:00)

Azərbaycanlı modelyer iki evini də İTİRDİ - FOTO

Azərbaycanlı modelyer Rüfət İsmayıl qorxunc hadisə ilə üzləşib. 

Lent.az xəbər verir ki, Türkiyədə bir inşaat şirkəti modelyerin 5 milyon 250 min lirəsini mənimsəyib. Bu haqda Türkiyə mediası məlumat dərc edib.

Bildirilir ki, Rüfət 2013-cü ildə şirkətin Esenyurtda inşa etdiyi lüks bir layihə üçün müqavilə bağlayıb. 158 kvadratmetrlik ev üçün modelyer 280 min dollar ödəyib. İstanbulda yaşayan Rüfət pulun bir qismini özü ödəyib, qalanı üçün isə Azərbaycandakı ata evini satıb. 

Evin 2015-ci ildə təslim ediləcəyi deyilsə də, şirkət vədinə əməl etməyib. Müxtəlif bəhanələrlə hər dəfə vaxtı uzadan şirkət sonda müflis olduğunu açıqlayıb.

Hadisə barəsində açıqlama yayan Rüfət İsmayıl "Instagram" hesabında "Bu gün qəzetlərdə haqqımda çıxan xəbərlər doğrudur. Mənə edilən bu haqsızlığı qəbul etməyim mümkün deyil. Haqqımı sonuna qədər müdafiə edəcəyəm. İctimaiyyətin nəzərinə çatdırıram. İki evdən də oldum. Artıq iki ölkədə də evsizəm".

Qeyd edək ki, Rüfət İsmayıl Xalq artistləri Aygün Kazımova, Tünzalə Ağayeva, Röya və s. kimi məşhur müğənnilərlə əməkdaşlıq edir


# 2817
avatar

Nigar Namiq

Oxşar yazılar