Azərbaycanlı aktrisaya ağır cəza  verildi
17 yanvar 2023 15:46 (UTC +04:00)

Azərbaycanlı aktrisaya ağır cəza verildi

İranda Güney Azərbaycan əyalətinin Apelyasiya Məhkəməsi gənc aktrisa və sənətçi Səmanə Babazadə barədə hökm çıxarıb.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, təbrizli aktrisa 10 milyon tümən cərimə edilib, mobil telefonu və kompüteri müsadirə olunub, habelə 10 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Səmanə Babazadə ötən il noyabrın 13-də Təbrizdə baş tutan kütləvi etiraz zamanı tutulub və noyabrın 22-də məhkəməyə qədər müvəqqəti olaraq girov müqabilində sərbəst buraxılıb.

# 3102
avatar

Sevinc Fərid

Oxşar yazılar