Kərim və Ağamirzə
26 oktyabr 2022 17:24 (UTC +04:00)

Kərim və Ağamirzə

Ağamirzə Kərimdən DANIŞDI: "10 dəfə salam verirəm..."

Uzun müddətdir insult xəstəliyi səbəbi ilə yataq xəstəsi olan meyxana ustası Kərimin əhvalı ilə maraqlandıq.

Onun yaxın dostu meyxana ustası Ağamirzə Lent.az-a bildirdi ki. Kərimin vəziyyətinə yaxşılığa doğru heç bir dəyişiklik yoxdur.

“Kərimin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə almışdı. Həkimlər əllərindən gələni etdilər. Amma bəzi dərdlər var ki, çarəsi yoxdur, nə edəsən? Kərim də belə. Tərpənə bilmir, hərəkət edə bilmir, hərdən baş çəkirəm. Getməmişdən öncə xəbər göndərirəm oğluna”,- deyə o bildirib.

Ağamirzənin dediyinə görə, Kərimin danışığında və yaddaşında da problemlər var.

“10 dəfə salam verirsən. Bir dəfə cavab vermir. Danışmağında çətinlik var. Çətinliklə xatırlayır bizi”,- deyə meyxana ustadı təəssüflə bildirib.

# 4281
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar