Aygün Kazımova mətbuat konfransı keçirəcək
Müğənni İlqarə İbrahimovanın sosial şəbəkələrdə yeniyetmə oğlanlarla birlikdə əyləndiyi video ətrafında yaranan sualları cavablandıracaq. Lent.az-ın məlumatına görə, bu barədə ANS-ə A.Kazımova bildirib. Aygün Kazımova İlqarənin görüntülərini çəkən sinif yoldaşlarının valideynləri ilə danışdığını açıqlayıb. Sənətçi onlardan övladlarını xalqın qarşısına çıxaraq qızından üzr istəməsini xahiş edib: “Bu günədək İlqarənin nə sinif yoldaşları, nə də valideynləri bununla razılaşıb. Cəmiyyətdə tanınan insan olmasaydım, bu söhbəti elə evdə ağsaqqallarla, böyüklərlə oturub həll edərdik. Sinif yoldaşları çıxıb deməlidir ki, biz uşaq olmuşuq bilməmişik. Bunu söyləmək bu qədərmi çətindir? Bir qızın taleyini ləkələmək, özü də Azərbaycanın "Eurovision" yarışmasında təmsil etməyə iddialı olan birini... Onların mənim qızıma bəslədikləri münasibət analarına, qızlarına bəslədikləri münasibətdir”.
Sənətçi onu da vurğulayıb ki, İlqarə depressiyadadır və o, bir ana kimi qızının durumundan çox narahatdır: “Onlar öz evlərindən, öz həyətlərindən qəhrəman kimi çıxmamalıdırlar. Özlərini cəmiyyətdə qəhrəman kimi hiss etməməlidirlər. Mən qızımın başına gələnləri bu yaxınlarda 5 yaşlı Sevincin başına gələn hadisə kimi dəyərləndirirəm. Nə üçün axı insan istəmədən onu kimsə gizli çəkib, arzusu-istəyi olmadan efirə verməlidir? Nə üçün? Niyə insanların hüquqları bu qədər tapdalanır? Mənim qızım depressiya vəziyyətindədir. Mən qızımın yanındayam. Analar bu cür vicdansız adamların qurbanı olmamaları üçün övladlarını tək buraxmasınlar!”
Lalə

871